İqtisadiyyat

Heydər Əliyev prospektində sürət həddi endirildi

Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endirilib.

Qaynarinfo xəbər verir ki, bununla əlaqədar digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənir.

Belə ki, Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Bu gündən sürət hədlərinin endirilməsi təmin olunub.

Qeyd edək ki, indiyədək Heydər Əliyev prospektində sürət həddi 120 km/saat idi.

Bənzər yazılar

Back to top button