GündəmManşetSiyasət

Ermənilər SSRİ kəşfiyyatını necə aldadıblar? – Xüsusi İdarənin sabiq rəisi ilginc məqamlar açıqladı

Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin sabiq rəisi Cavanşir Vəliyev erməni lobbisinin potensial imkanları və diasporamızın görməli olduğu işlərlə bağlı yazıb.

AzToday.az xəbər verir ki, polkovnik Cavanşir Vəliyev erməni lobbisinin Türkiyə ilə mübarizə aparmaq üçün Sovet kəşfiyyatından “Böyük Ermənistan”ın maraqlarına uyğun istifadə etdiyini bildirib.

Onun sözlərinə görə, Diasporla İş Üzrə Dövlət Komitəsində ABŞ, Kanada, Latın Amerikası və Avropa istiqamətində 2005-ci ildən 2018-ci ilə qədər çalışarkən dünya yəhudi diasporunun liderləri ilə sıx ünsiyyətdə olub:

“Yəhudi diasporasının önəmli üzvüləri NATO-nun cənub cinahının dağıdılması üçün Sovet kəşfiyyatının maraqlı planını mənimlə bölüşdülər.

Bu plan ABŞ-da siyası sığınacaq almış keçmiş sovet kəşfiyyatçısı tərəfindən yazılmış kitabda yerləşdirilib.

Erməni lobbisinin davranışını aydınlaşdırmaq üçün NATO-nun cənub cinahının dağıdılması üçün SSRİ DTK-da hazırlanmış sənədə diqqəti cəlb etmək istəyirəm.

Bu sənədi Sovet kəşfiyyatçıları, erməni millətindən olan şəxslər, əlbəttə ki, erməni lobbisinin köməyi ilə hazırlanmışdır.
Erməni lobbisi dedikdə Azərbaycana və Türkiyəyə qarşı mübarizə aparan xarici ölkələrin kəşfiyyatını nəzərdə tutmalıyıq.
SSRİ həmişə erməni diasporundan NATO blokunun üzvü olan Türkiyəyə qarşı istifadə edib.

Erməni lobbisi Türkiyəyə qarşı mübarizəsini aparmaq üçün SSRİ-nin gücündən və maliyyəsindən istifadə edirdi.

Sovet kəşfiyyatında çalışan ermənilər özlərinin mənafeləri naminə NATO-nun cənub cinahının dağıdılması ideyasını uydurdular və SSRİ rəhbərliyinin diqqətinə çatdırdılar. Bu SSRİ üçün çox mühüm amil idi. Çünki NATO-nun cənub cinahını zəiflədərək, Zaqafqaziya Hərbi Dairəsinin saxlanılmasına milyardlarla sovet rubluna qənaət etmək olardı.

Ancaq erməni lobbisi SSRİ-nin maraqları haqqında deyil, ancaq “Böyük Ermənistan” barədə düşünürdülər.

Erməni lobbisi bu plan sayəsində SSRİ-nin kəşfiyyatında, diplomatik və digər mühüm dövlət strukturlarında öz mövqelərini möhkəmləndirmişdir.

Bu kadrlar bu gün yenə də ermənilərin maraqlarına uyğun olaraq Türkiyə və Azərbaycana qarşı işləyirlər”.

Cavanşir Vəliyev yazır ki, Rusiyanın dövlətçiliyi bu erməniləri maraqlandırmır: “Ona görə Qərb kəşfiyyatı erməni lobbisindən Rusiyanı dağıtmaq üçün istifadə edir. Sovet kəşfiyyatı yaşadıqları ölkələrdə pozuculuq fəaliyyətini həyata keçirmək üçün erməni diasporunu təkişkilandırıb və möhkəmləndirib.

Erməni lobbisi erməni əsilli, sovet hakimiyyətinin müxtəlif strukturlarında fəaliyyət göstərən kadrlardan istifadə edərək,ABŞ Konqresində “Türkiyədə erməni soyqırımı” nın qəbul edilməsi üçün zəmin hazırlayırdılar.

O vaxt erməni millətindən olan Sovet kəşfiyyatının əməkdaşları və erməni diasporundan olan agentura və ABŞ-dakı erməni lobbisinin nüfuzlu üzvləri SSRİ siyasi Bürosunu inandırdılar ki, əgər Amerika Konqresi “erməni soyqırımı”nı qəbul etsə, bu, ABŞ-Türkiyə münasibətlərinin xeyli pisləşməsinə gətirib çıxaracaqdır. Türkiyənin millətçiləri ölkədə iğtişaşlar təşkil edəcək və Türkiyənin amerikapərəst Hökumətini hakimiyyətdən getməsinə imkan yaradacaqlar.

Daha sonra yeni milliyətçi hökumət NATO blokundan çıxmaq barədə qərar qəbul edəcək. Beləliklə, NATO-nun cənub cinahını zəiflətmək mümkün olacaq.

Bu əməliyyat üçün 20 milyon dollardan çox vəsait 1972-ci ilin məzənnəsi ilə ayrılmışdır. O zaman Sovet kəşfiyyatı üçün fantastik məbləğ idi.

“1915-ci ildə Türkiyədə erməni soyqırımı”nın qəbul edilməsi ilə bağlı tədbirlər planı hazırlandı.

SSRİ DTK-nın Birinci idarəsinin 19-cu şöbəsində erməni diasporu ilə iş üzrə xüsusi istiqamət yaradıldı.

Bu jesti anlamaq üçün 19 şöbənin 1-ci istiqamətini “Slavyan bazarı”adlandırırdılar. Bu istiqamətdə bir-biri ilə düşmənçilik edən diasporlar-ruslar,ukraynalılar daxil oldular,

Dünyada Slavyan diasporunun çox olmasına baxmayaraq, çox azsaylı erməni diasporu ilə işləmək üçün eyni istiqamət yaradılmışdır.
Bu istiqamətdə orada ancaq erməni millətindən olan şəxslər işləməli idilər .

SSRİ-nin ABŞ və Avropadakı səfirliklərində onlar üçün xüsusi yerlər ayrıldı.

Bu proses xüsusilə 70-ci illərdə fəallaşdı.

Erməniləri yaradılmış vəzifələrə təyin etmək üçün onlara əla təhsil verirdilər, ən yaxşı ali məktəblərdə xarici dillər öyrədirdilər. Erməni kadrlardan peşəkar diplomatlar və kəşfiyyatçılar hazırlayırdılar. Bütün səfirliklərdə ermənilər üçün erməni diasporu ilə işləmək üçün xüsusi vəzifələr ayrılırdı.

Onların bir çoxu İran, Türkiyə, Argentina, Fransa, Niderland və digər ölkələrdə səfir olublar.

Amma ermənilər özlərini elə göstərirdilər ki, SSRİ və Rusiya üçün işləyirlər, əslində isə erməni lobbisinə işləyirdilər.

SSRİ kəşfiyyatı xaricdəki erməni aqentlərinə biznes yaradır və onların vasitəsi ilə neft, metal və digər xam mal satışını təşkil edirdilər. Ruslar bu günə qədər erməni diasporası ilə mübarizədə uduzurlar. Çünki ermənilərdən milliyarderlər yaradıblar və diasporalarını təşkilatlandırıblar.

SSRİ-nin puluna ABŞ və Avropada güclü erməni diaspor təşkilatları yaradılmışdı, Amerika konqresmenləri ələ keçirilmişdir.
Amerikalılar çox asanlıqla pul müqabilində əməkdaşlığa gedirlər. Onlar belə əməkdaşlığı biznes hesab edirlə, pul qazanırlar.
Sovet kəşfiyyatının rəhbərliyi düşünürdü ki, ermənilər konqresmenlərdən dəyərli agenturanı əməkdaşkığa cəlb edirlər.

Amma Sovet kəşfiyyatı erməni millətindən olan şəxslərin və erməni lobbisinin Mərkəzi Kəşfiyyat İdarəsinə(CİA) işlədiklərini qəbul edə bilmirdilər. Artıq SSRİ-nin dağıdılmasında mühüm rol oynamış Kremldəki erməni kadrların işlərini gördükdə anladılar ki, özlərinin yaratdığı qurum SSRİ-ni dağıtdı.

Bu gün Rusiyadakı ermənilər artıq Rusiyanın parçalanmasına xidmət edir.

Ən maraqlısı odur ki, bu iş üçün, ilk növbədə Ermənistandakı ermənilər istifadə olunmurdu, çünki onların bir çoxunun xaricdə qohumları vardı və onların anketləri təmiz deyildi. Erməniləri əsasən ali məktəblərə və xidmətə Azərbaycandan götürürdülər – demək olar ki, hamısı Azərbaycan dilini bilirdi.

Bəziləri ABŞ-da və Avropada özlərini azərbaycanlı kimi qələmə verərək, İran və Türkiyədən olan türkləri əməkdaşlığa cəlb etmişdılər.
Onda bir sual yetişir: – ermənilər niyə belə xəyanətkardırlar?
Cavab: ona görə ki, onların heç vaxt öz dövləti olmayıbdır və dövlətin möhkəmlənməsi üçün işləyə bilmirlər.
Öz təbiətinə görə, ermənilər dağıdıcıdılar və Sovet kəşfiyyatı bunu nəzərə ala bilmədi.

Azərbaycan erməni lobbisinə qarşı ciddi plan əsasında öz işini qurmalıdır. Çünki erməni diasporası Azərbaycanda maraqları olan xarici ölkələrin kəşfiyyatları vasitəsi ilə dağıdıcılıq fəaliyyətlərini davam etdirəcəkdir.

Xaricdə yaşayan azərbaycanlıların erməni lobbisinin pozuculuq fəaliyyətinə qarşı işdə uğur qazamağının bir yolu var:
– Azərbaycan diasporası yaşadıqları ölkələrin layiqli vətəndaşları olmalıdırlar.
– Öz övladlarına yaxşı təhsil verməlidirlər.
– Öz istedadlarının bir hissəsini doğma Azərbaycanın rifahı naminə sərf etməlidirlər.

Xaricdəki azərbaycanlılar nə qədər güclü olsalar, Azərbaycan bir o qədər güclü olacaqdır!

Azərbaycan dövləti də xaricdə yaşayan soydaşlarımıza dəstək olmalıdır”.

Bənzər yazılar

Back to top button