ManşetSiyasət

Almaniyanın xarici işlər naziri Ermənistan və Azərbaycana gəlir

Bu həftə Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistan və Azərbaycana səfər edəcək. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Cümə günü o, Yerevanda olacaq, xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Sonra nazir Qarabağdan olan qaçqınların yerləşmə mərkəzinə baş çəkəcək.

Şənbə günü günorta Berbok Bakıya gələcək. Onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqları və vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşü planlaşdırılıb, Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.(Turan)

Bənzər yazılar

Back to top button