İqtisadiyyat

“Vergi Məcəlləsinə düzəliş KİV-in bir hissəsini vergi ödəməkdən azad edəcək”

Vergi Məcəlləsinə təklif edilən düzəliş KİV-i 3 il ərzində vergi ödənişindən azad edəcək. Bu barədə bazar ertəsi Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov bildirib. Düzəliş müzakirə üçün Milli Məclisin iclasına çıxarılıb.

Düzəlişə əsasən, media subyektlərinin (radio və televiziya istisna olmaqla) gəlirləri, o cümlədən reklam gəlirləri, o cümlədən icra hakimiyyəti orqanı tərəfindən verilən maddi yardım 1 yanvar 2023-cü il tarixindən 3 il müddətinə gəlir vergisindən azad edilir.

Həmçinin KİV-in (radio və TV-dən başqa) öz fəaliyyətindən, o cümlədən reklamdan əldə etdiyi gəlirlər, habelə icra hakimiyyəti orqanı tərəfindən verilən maddi yardım 1 yanvar 2023-cü il taixindən 3 il müddətinə vergidən azad edilir

Bənzər yazılar

Back to top button