Hadisə

Binə və Sədərəkdə əməliyyat keçirildi

Hüquq-mühafizə orqanları xarici ölkələrdən Azərbaycana mal idxal edən bir sıra şirkətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib.

AzToday.az Qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat Bakı şəhər Qaradağ rayonu ərazisində yerləşən Binə və Sədərək ticarət mərkəzlərinin müxtəlif şirkətlərə icarəyə verilmiş anbarlarını əhatə edib.

Belə ki, hüquq-mühafizə orqanları ölkəyə idxal edilən malların vergidən yayındırılması, sənədlərin saxtalaşdırılması və s şübhələrlə özəl şirkətlərdə axtarışlar həyata keçirib.

Əməliyyatla bağlı ictimaiyyətə geniş məlumatın veriləcəyi gözlənilir.

Bənzər yazılar

Back to top button