DünyaManşet

Ərdoğanın FETÖ-çu baş yavəri ömürlük həbs cəzası aldı (FOTO)

FETÖ-nün təşkil etdiyi 15 iyul çevriliş cəhdi zamanı xüsusi fəaliyyət göstərən sabiq adyutant Əli Yazıçının bəraəti rədd edilib

AzToday.az “Doğan” xəbər agentilyinə istinadən xəbər verir ki, Muğla 2-ci Ağır Cəza Məhkəməsində həbsdə olan şübhəlilərin – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş baş yavəri (başadyutantı) Əli Yazıçı və keçmiş polkovnik Cenk Bahadır Avcının vəkilləri bəraəti barədə vəsatət qaldırıblar. Məhkəmədə Yazıçı və Avcı barələrində bəraət hökmünün çıxarılması tələb edilib. Məhkəmə Yazıçıya ağırlaşdırılmış ömürlük, Avcı isə 13 il 4 ay həbs cəzasına məhkum edib.

Xatırladaq ki, 15 iyul 2016-cı ildə FETÖ-nün çevriliş cəhdi zamanı Marmarisdəki hoteldə olan prezident R.T.Ərdoğana qarşı sui-qəsd etməyə çalışan 46 nəfər məhkəməyə verilib. Təqribən iki polisin şəhid olduğu hadisəyə görə “prezidentə sui-qəsd cəhdi”, “konstitusiya quruluşunu dəyişdirməyə cəhd” və “qəsdən adam öldürmə” maddələri ilə mühakimə edilənlərin bir çoxu 4 dəfə ömürlük həbs cəzasına məhkum ediliblər.

FETÖ-nün təşkil etdiyi 15 iyul çevriliş cəhdi zamanı xüsusi fəaliyyət göstərən sabiq baş yavər Əli Yazıçı prezident R.T.Ərdoğanın yerini xəbər verən şəxs olub.

Orxan Məmmədli

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

AzToday.az

Bənzər yazılar

Back to top button