Hadisə

Abşeronun icra başçısının vətəni haradır: Şuşa, yoxsa Krasnodar?

İradə Gülməmmədova tez-tez Krasnodarda hansı qohumlarını ziyarət edir?

Abşeron Rayon icra hakimiyyətininn başçısı İradə Akif qızı Gülməmmədovanın rəsmi tərcümeyi-halında yazılıb ki, 1962-ci ildə Şuşa şəhərində anadan olub.

Bəs onda görəsən bu İradə Gülməmmədovanı Rusiyanın Krasnodar şəhərinə bağlayan hansı hisslərdir ?

Xanım icra başçısını yaxından tanıyanlar deyir ki, elə bil İradə Gülməmmədovanın (atalar demişkən) göbəyini Şuşada deyil, Krasnodar şəhərində kəsiblər.

Bu adam tez-tez daha çox ermənilərin yaşadığı Krasnodar şəhərinə gedib-gəlir. Hər dəfə də Krasnodara gedib-gələndən sonra elə bil cavanlaşır. Yaxınları deyir ki, həmişə üzündən zəhrimar tökülən İradəyə elə bil Krasnodarda nəsə vururlar, ya nəsə edirlərsə, gələndə üzü-gözü gülür.

Əgər kiminsə şübhəsi varsa, buyurub son 15 ildə İradə Gülməmmədovanın Krasnodara və ya Rusiyaya neçə dəfə gedib-gəldiyini müvafiq dövlət qurumlarından öyrənə bilərlər.

Hətta bəzi məlumatlara görə, İradə Gülməmmədova Azərbaycanda qazandığı milyonları Krasnodar şəhərində biznesə yatırır. İcra başçısının Krasnodarda xeyli biznes obyektləri var.

Əcəba, İradəni Krasnodara bağlayan doğmalıq telləri nədir ?

Xeyli araşdırmadan sonra yaxınlarından öyrənə bildik ki, İradə Gülməmmədovanın dost-doğma dayısının arvadı erməni olub. Və ötən əsrin 80-ci illərində vəziyyət gərgin olanda İradənin dayısı erməni arvadını da götürüb Krasnodara qaçıb. Və orada erməni qohumları ilə baş-başa verib biznes qurub. Qohumlarının dediyinə görə, İradənin dayısı 3 il əvvəl Krasnodarda dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, İradə Gülməmmədovanın nənəsi, daha dəqiq desək, İradənin atası Akifin də anası erməni olub. Hətta o da bəlli olur ki, İradənin erməni nənəsi ilə dayısının erməni arvadı əvvəldən qohum olublar.

Sözün qısası deyirlər ki, İradə Gülməmmədovanın bir tərəfi ermənilərlə qarışıb. Bu gün də İradənin erməni qohumları Krasnodarda yaşayırlar. Və İradə Gülməmmədovanın Krasnodara tez-tez getməsinin və erməniləri ziyarət etməsinin səbəbi budur. Həm də xanım icra başçısı yuxarıda qeyd etdiyimiz kimi Krasnodarda erməni qohumları ilə biznes qurub.

İradə Gülməmmədovanın oğlu Məhəmməd Gülməmmədov da erməni qohumları kimi xalqımızı təhqir edərək, millətimizin ünvanına “Etikasız, estetikasız, görməmiş millətimiz…” deyib.

Guya bunun erməni qohumları etikalı olublar.

Yeri gəlmişkən, Məhəmməd Gülməmmədov Milli Məclisdə çalışır, tikinti biznesi ilə məşğul olur, “Gutab House”nin sahibidir, xeyli sayda mülkləri, villaları var.

Təkcə onu qeyd edə bilərik ki, icra başçısının oğulbalası Bakıda 21 ədəd yeni tikilmiş binanın altını özəlləşdirərək, özü üçün obyekt kimi işlədir.

Bəli, indi bəlli oldumu, adi həkim olan İradə Gülməmmədovanın karyerası hara bağlıdır?

Bənzər yazılar

Back to top button