Dünya

Gürcüstan prezidenti: “Hökumət Ukrayna və Fransaya səfərə icazə vermədi”

Brüsseldə işgüzar səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili danışıqlar aparmaq üçün Polşa, Ukrayna və Fransaya səfər etməyi planlaşdırdığını, lakin hökumətin buna icazə vermədiyini bildirib.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Mən Fransa, Polşa və Ukraynaya səfər etmək istəyirdim.

Amma hökumət buna icazə vermədi. Mənə dedilər ki, hökumət artıq namizəd statusunun alınması prosesini dəstəkləmək üçün hər şeyi edib”-deyə Prezident vurğulayıb.

Bənzər yazılar

Back to top button