Dünya

Gürcülər Rusiya qoşunlarının çıxarılmasını Rusiya reyslərindən və vizanın ləğvindən üstün tutur – ABŞ-da belə hesab edirlər

Cümə axşamı Vaşinqton Rusiyanın Gürcüstan vətəndaşları üçün vizanı və Tbilisiyə birbaşa aviareyslərə qoyulmuş qadağanı ləğv etməsi ilə bağlı şərh verib.

“Bir çox Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin onların hava məkanlarına daxil olmasını qadağan edir. Rusiya və Gürcüstan arasında birbaşa reyslər bərpa olunsa, Gürcüstanın hava limanlarında Rusiya şirkətlərinin təyyarələri sanksiyalara məruz qala bilər”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel gündəlik brifinqdə Turan-ın sualına cavabda bildirib.

“Bütün Qərb ictimaiyyəti Rusiya rejimindən uzaqlaşıb və indi hansısa ölkənin Rusiya ilə əlaqələri genişləndirməsinin vaxtı deyil”, deyə o, əlavə edib.

“Gürcüstan xalqı, çox güman ki, birbaşa aviasiya əlaqəsinin bərpa olunmasına və ya viza rejiminin dəyişdirilməsinə deyil, prezident Putinin Rusiya qoşunlarını Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğal olunmuş 20%-dən çıxarmasına üstünlük verərdi”, deyə o qeyd edib.

Xatırladaq ki, mayın 10-da Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və iki ölkə arasında birbaşa aviasiya əlaqəsinin bərpa edilməsi haqqında sənəd imzalayıb.

Bənzər yazılar

Back to top button