Dünya

Ermənilər tapdığı meyitlərin son sayını açıqladı

Noyabrın 13-dən bu yana aparılan axtarışlar nəticəsində döyüş meydanında 828 erməni hərbçisinin cəsədi tapılıb.

AzToday.az Yenisabah-a istinadən xəbər verir ki, bu barədə Qarabağdakı qondarma rejimin “Fövqəladə Hallar Xidməti”nin sözçüsü Hunan Tadevosyan bildirib.

O əlavə edib ki, son 3 gündə hər hansı axtarış aparılmayıb. Tadevosyanın sözlərinə görə, bu Hadrut bölgəsində və Şuşa iqtiqamətində atəşkəsin pozulması ilə əlaqədardır.

Xatırladaq ki, erməni silahlıları Hadrut və Şuşa istiqamətində atəşkəsi pozub. Azərbaycan tərəfinin keçirdiyi anti-terror əməliyyatı nəticəsində silahlılar geri oturdulub.

Bənzər yazılar

Back to top button