Dünya

Lukaşenko yeni prezident seçkisinə söz verdi

Belarus Prezidenti Aleksandr Lukaşenko yeni konstitusiya qəbul edildikdən sonra yeni prezident seçkisinin keçiriləcəyini bildirib.

“AzToday.az” xəbər verir ki, Lukaşenko Minsk Təkər Zavodunun heyəti ilə söhbət zamanı “belə olacaq, uşaqlar” deyib.

Onun çıxışı “Belarus-1” telekanalı tərəfindən yayımlanıb.

Onun sözlərinə görə, Belarusiyaya yeni konstitusiya qəbul etmək lazımdır. Referendumda bu edilməlidir.

O, əvvəlki konstitusiyanın da referendumla qəbul edildiyini xatırladıb.

Artıq yeni konstitusiyaya əsasən, Lukaşenkonun dediyi kimi, “həm parlament, həm prezident, həm də yerli hakimiyyət üçün seçkilər” keçirmək mümkün olacaq.

Bənzər yazılar

Back to top button