Dünya

Bayden: “Müharibə Ukraynanın məğlub olması ilə bitməyəcək”

ABŞ prezidenti Cozef Bayden bəyan edib ki, Birləşmiş Ştatlar, bütövlükdə NATO Rusiyanın təcavüzündən qorunması üçün Ukraynaya nə qədər lazımdırsa o qədər də dəstək verəcək və Ukraynanı uduzmağa qoymayacaq.

Novator.az saytı “Nyu-York Tayms” qəzetinə istinadla xəbər verir ki, Bayden bu bəyanatını NATO-nun iyunun 29-30-u İspaniya paytaxtı Madriddə keçirilən sammiti başa çatandan sonra təşkil olunmuş mətbuat konfransında səsləndirib.

ABŞ prezidenti vurğulayıb ki, o, Rusiya-Ukrayna müharibəsinin nə ilə, necə bitəcəyini deyə bilməz: “Ukraynalılar Rusiya təcavüzünə müqavimət göstərməkdə davam edirlər, ona görə mən bilmirəm bütün bunlar nə ilə bitəcək”.

Amma bu sözlərindən sonra Bayden onu da əlavə edib ki, müharibə Ukraynanın Rusiyaya məğlub olması ilə bitməyəcək.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını işğal edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəni tutaraq həmin ərazilərdə iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır, ölkənin ümumilikdə 126 min kvadrat kilometrdən çox ərazisini zəbt edib.

Ukraynanın 603 min 548 kvadrat kilometr ərazisi var.

Bənzər yazılar

Back to top button