Digər

Ərdoğanın ağ yalanları və biətçilərin göz yaşları

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 2011-ci ildə “’Türkiyə Hazır, Hədəf 2023” deyərək, 2023-cü ildə Türkiyənin dünyanın ən böyük iqtisadiyyata malik 10 ölkənin sırasına daxil edəcəklərini bəyan etmişdi. Ərdoğanın göstərdiyi tarixin, 2023-cü ilin astanasındayıq və artıq Türkiyə 1977-ci ildən bu günə kimi ilk dəfə dünyanın 20 ən böyük iqtisadiyyata sahib ölkələrin siyahısından atılıb. Artıq Türkiyə dünay birliyinin müstəqil dövlət kimi tanımadığı Tayvanla ünyanın 21-ci ən böyük iqtisadiyyata malik ölkəsi adı uğrunda yarışmaq məcburiyyətində qalıb. Dünya Falyuta Fondunun hesablamalarına görə bu ilin sonunda Tayvanla bu rəqabəti də uduzaraq 22-ci yerə düşəcək.

Ərdoğan isə bir neçə gün öncə rəhbərlik etdiyi partiyanın rayon təşkilatlarının sədrlərinin 151-ci genişləndirilmiş toplantısındakı çıxışında “Çox daha böyük bir sıçrayışa girdik, Türkiyəni dünyanın 10 ən böyük iqtisadiyyatından biri edəcək addımlar atırıq” deyib. Ancaq bu dəfə hədəfə çatacaqları tarixi 2023-cü il deyil, 2053-cü il olaraq göstərib. Ərdoğanın bu çıxışı salonda oturan və televiziya biətçilərin gözlərini yaşardıb.

Bu gün dünyanın 10-cu ən ən böyük iqtisadiyyatına malik ölkə Cənubi Koreyadır. Cənubi Koreyanın milli gəliri 1 trilyon 824 milyard dollar, Türkiyənin milli gəliri 796 milyard dollardır. Rəqəmlərdən göründüyü kimi Cənubi Koreyanın milli gəliri Türkiyədən iki dəfə çoxdur. Türkiyənin 2053-cü ildə dünyanın 10 ən böyük iqtisadiyyatından biri olması fantastik xəyalarda belə mümkün olmasa da, düşünmək qabiliyyətini itirmişləri rəqəmlərin acı gerçəkliyi də dəyişmək gücündə deyil.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button