Dünya

Çinə koronavirusu ABŞ ordusu gətirmiş ola bilər

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Uhana yeni növ koronavirusu ABŞ ordusununun gətirdiyini iddia edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sözçü Çao Likien tvitter hesabında yazıb. O, Vaşinqtonun açıqlama verməli olduğunu bildirib.

ABŞ Xəstəliyə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru Robert Redfildin görüntülərinə yer verilən video paylaşımda Redfildin daha əvvəl qripdən ölən bəzi ABŞ vətəndaşlarında Kovid-19 virusuna rast gəlindiyinə dair çıxışından bəhs edib.

Çao qurumun bu açıqlama ilə özünü ifşa etdiyini bildirərək, ilk xəstənin ABŞ-da nə zaman ortaya çıxdığını, epidemiyanın neçə nəfərə keçdiyini və hansı xəstəxanaların istifadə edildiyini soruşub.

“Uhana xəstəliyi ABŞ ordusu gətirmiş ola bilər. Şəffaf olun. Məlumatları ictimaiyyətə açıqlayın. ABŞ bizə bir açıqlama borcludur”, – deyə Çao yazıb.

Bənzər yazılar

Back to top button