Hadisə

Bakıda və rayonlarda ağac kəsməyə görə cinayət işləri başlanıb

Ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 24 min manat məbləğində ziyan vurulduğu müəyyən edilib.

Bu barədə iyunun 13-də Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Qurumun açıqlamasında qeyd olunur ki, Zaqatala, İsmayıllı, Goranboy, Lerik və Bakı şəhərinin Xətai rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

“Aparılmış araşdırmalarla Xətai rayonunda dövlət mülkiyyətində olan ərazisində, Zaqatala rayonunun Fındıqlı, İsmayıllının Quşencə, Goranboyun Yolqullar bələdiyyələrinin ərazilərində meşə fonduna daxil olmayan, həmçinin Lerikin Razvondabad meşəbəyliyinin ərazisində meşə fonduna daxil olan ağacların müvafiq icazə olmadan qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 24 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib”, – açıqlamada vurğulanıb.

Məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başladılıb və istintaqın aparılması üçün aidiyyəti rayon prokurorluqlarına göndərilib.

Bənzər yazılar

Back to top button