Cəmiyyət

Bəhram Bağırzadə ilə bağlı iddialara aydınlıq gətirildi (RƏSMİ)

Mərkəzi Gömrük Hospitalı bir xəstəyə tibbi müdaxilə zamanı çəkilən və sosial şəbəkələrdə yayılan videoda əksini tapan şəxsin əməkdar artist Bəhram Bağırzadə olması ilə bağlı iddialara münasibət bildirib.

Hospitalın Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, görüntülərin tibb müəssisəsinə heç bir aidiyyəti yoxdur və Mərkəzi Gömrük Hospitalda çəkilməyib.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

Bənzər yazılar

Back to top button