AnalitikaBizim seçimİqtisadiyyatSiyasət

YAP-çı namizəd Nyu-Yorkda villa alıb – 140 000 dollara

YAP-çı namizəd Məşhur Məmmədovun Nyu York şəhəri yaxınlığında 140 000 villa aldığı bildirilir.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

Jurnalistin sözlərinə görə, “YAP-ın deputatlığa namizədlərindən biri olan “Embawood” şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib.

İşadamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir”.

Həmçinin Məşhur Məmmədovun iki il əvvəl Nyu York şəhəri yaxınlığında villa aldığı da bildirilir. Villa Nyu York yaxınlığında, RIVERDALE 335, Lot in Fort Lee ünvanında yerləşir və deputatlığa namizəd bu daşınmaz əmlak üçün 1 milyon 140 min dollar ödəyib.

Məşhur Məmmədov əslən Masallı rayonunun Yeddioymaq kəndindəndir və “Embawood” şirkətinin rəhbəridir. Şirkətin əsası 1996-cı ildə Masallıda Elşad Abbasov adlı sahibkar tərəfindən qoyulsa da, hazırda nə hikmətsə, şirkətə Məşhur Məmmədov rəhbərlik edir.

Bənzər yazılar

Back to top button