Hadisə

Bakıda hoteldə faciə – ərəb qadın öldü

Bakıda hotellərdən birində ölüm hadisəsi baş verib.

AzToday.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbail rayonu, Şıxov qəsəbəsi Salyan şosesində yerləşən “Aysberg” hoteldə Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib.

Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib.

Ölüm faktı ilə əlaqədar Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Bənzər yazılar

Back to top button