Dünya

NATO və İsveçdən Türkiyə açıqlaması

NATO-nun baş katibi Yens Stoltenberq İsveçə səfəri çərçivəsində Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərini, eləcə də Türkiyənin təqdim etdiyi təhlükəsizlik şərtlərini dəyərləndirib. O, atılacaq addımlarla bağlı Türkiyədən olan həmkarları ilə sıx təmasda olduğunu bildirib.

İsveçin Türkiyənin narahatlığını aradan qaldırmağa hazır olması barədə bəyanatını müsbət qarşıladığını ifadə edən Stoltenberq eyni dəyərləri bölüşdüklərini xatırladıb.

İsveçin baş naziri Maqdalena Andersson isə Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə müraciəti ilə bağlı narahatlığını ciddi qəbul etdiklərini, problemin həlli üçün davamlı dialoqda olduqlarını qeyd edib.

Mənbə: “Haber Global”

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button