İdman

Kvabena yenidən Türkiyə klubunda?

“Qarabağ”ın futbolçusu Ovusu Kvabena karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Sakaryaspor” 24 yaşlı hücumçu ilə maraqlanır.Türkiyə 1-ci liqasına yüksələn klubun qanalı oyunçuya təklif göndərdiyi bildirilib. “Sakaryaspor”un Kvabenanı icarəyə götürmək istədiyi vurğulanıb. Ancaq “Qarabağ”ın oyunçunu birdəfəlik sata biləcəyi iddia olunub.

Qeyd edək ki, O.Kvabena ötən mövsüm icarə əsasında “Ankaragücü”ndə oynayıb. O, dünən “Qarabağ”ın düşərgəsinə qayıdıb.

Bənzər yazılar

Back to top button