Mədəniyyət

Prezident ona Xalq artisti adı və Şöhrət ordeni verdi – Sərəncam

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib.

AzToday.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Həmçinin dövlət başçısının digər sərəncamı ilə T.Mirzəyev Azərbaycan kinematoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Tofiq Mirzəyev 16 iyun 1932-ci ildə Gədəbəydə anadan olub. Həyatı boyu aktyor, rejissor, ssenari müəllifi, səs operatoru, səs rejissoru kimi fəaliyyət göstərib. Onun iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Onlar arasında “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “Təhminə”, “O qızı tapın”, “İstintaq” və başqa filmləri göstərmək olar. Aktyor “Mosfilm” və “Dovjenko” studiyalarında da filmlərə çəkilib. Hazırda İsraildə yaşayır və ictimai fəaliyyətlə məşğul olur. Aktyor burada fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvüdür. Yazıçı Anar ilə bacanaqdır. Teymur adlı oğlu var.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button