Dünya

Bu, bəşəriyyətin yarısı üçün təhlükəyə çevrilib – BMT

İqlim dəyişikliyi və onun nəticələri artıq bəşəriyyətin demək olar ki, yarısı üçün təhlükəyə çevrilib.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş Avstriya Ümumdünya Sammitində videomüraciət zamanı deyib.

“İqlim böhranının ən pis təsirlərinin qarşısını almaq üçün fürsət pəncərəsi sürətlə bağlanır. Planetimiz artıq 1,2 dərəcə istiləşib”, – deyə baş katib bildirib.

Quterreş həmçinin 2030-cu ilə qədər istixana qazı emissiyalarını 45 faiz azaltmağın və əsrin ortalarına qədər emissiyaları tamamilə kompensasiya etməyin vacibliyini vurğulayıb.

Bənzər yazılar

Back to top button