İdman

“Barselona” Qavinin əvəzləyicisini tapdı

“Barselona” zədəli yarımmüdafiəçisi Qaviyə əvəzləyici tapıb.

Qol.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Klub “Tottenhem”in yarımmüdafiəçisi Covani Lo Kelsonu transfer etmək niyyətindədir.

Kataloniya təmsilçisi argentinalını qış transfer pəncərəsinin əvvəlində icarəyə götürmək istəyir. “Barselona” tam transferi də istisna etmir. Lakin bu, yalnız komandanın maddi durumu futbolçunun alınmasına imkan verərsə, reallaşacaq.

Bu mövsüm Lo Kelso 4 oyun keçirib və məhsuldar olmayıb. Futbolçunun London klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet portalına görə onun təxmini dəyəri 14 milyon avrodur.

Xatırladaq ki, Qavi zədə səbəbindən 6-8 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bənzər yazılar

Back to top button