İdman

“Real Madrid” oynada bilməyəcəyi futbolçu ilə müqavilə bağlayır – SON DURUM

“Real Madrid” heyətini “Borussiya Dortmund”un yarımmüdafiəçisi Cud Bellinqemlə gücləndirmək istəyir.

Fanat.az “Cadena Ser”ə istinadən xəbər verir ki, madridlilər 18 yaşlı ingilis üçün 90 milyon avro ödəməyə hazırdır.

Mənbə həmçinin, iddia edir ki, “kral klubu” bu il onu heyətinə cəlb edə bilməyəcək, çünki o, Avropa İttifaqı üzvü olmayan ölkələrin oyunçuları üçün nəzərdə tutulmuş kvotanı artıq istifadə edib.

Bununla belə, Madrid klubu onu bu yay transfer etmək və daha bir il Bundesliqada saxlamaq niyyətindədir. “Real” Bellinqemə 5-6 illik müqavilə təklif etməyə hazırdır.

18 yaşlı yarımmüdafiəçinin xidmətində “Mançester Siti” və “Mançester Yunayted” də maraqlıdır.

Cud Bellinqem 2021/22 mövsümündə “Borussiya”nın heyətində bütün yarışlarda 44 oyun keçirib, 6 qol vurub və 14 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button