Hadisə

Etibar Pirverdiyev həbs oluna bilər – Dövlət Bayraq Meydanına görə

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin həbsi gündəmə gəlib.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

E.Pirverdiyevin həbsinə səbəb Dövlət Bayrağı Meydanında vaxtilə aparılan keyfiyyətsiz tikinti işləridir.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanının inşasına 2007-ci ilin dekabrında başlanılıb.

Ümumi ərazisi 60 hektar olan Bayraq Meydanının layihəsini Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti, tikinti işlərini isə “Azenco” şirkəti aparıb.

Dövlət Bayraq Meydanı 2017-ci ildə fəaliyyətini dayandırıb, 2018-ci ildə isə sökülməyə başlayıb.

“Azenco” ASC Azərbaycanda dəyəri on milyonlarla ölçülən böyük layihələrdə iştirak etmiş şirkətlərdəndir.

Şirkətin Etibar Pirverdiyevə məxsus olduğu bildirilir.

Bənzər yazılar

Back to top button