Cəmiyyət

Gürcüstan və Azərbaycanın spikerləri koronavirusu müzakirə etdi

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze və Milli Məclisin Sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

Parlament sədrləri Gürcüstan və Azərbaycanda qlobal pandemiya kontekstində həyata keçirilən təbdirlər, ictimai sağlamlıq və iqtisadi məsələləri müzakirə ediblər.

Söhbət zamanı parlamentlərin fəaliyyəti və COVID-19 virus infeksiyasına qarşı mübarizədə qanunverici orqanların iştirakı məsələsinə də toxunulub.

A.Talakvadze azərbaycanlı həmkarına dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycana koronavirusla mübarizəni uğurla başa çatdırmağı arzulayıb.

Bənzər yazılar

Back to top button