İdman

Futbolçular matç zamanı hakimi döyərək öldürdülər – VİDEO

Salvadorda həvəskar futbolçular arasında keçirilən oyunda bədbəxt hadisə yaşanıb.

Fanat.az xəbər verir ki, matçın hakimi Xose Arnoldo Amaya futbolçuya qırmızı vərəqə göstərdikdən sonra oyunçuların və azarkeşlərin hücumuna məruz qalıb.

63 yaşlı referi daxili qanaxma səbəbilə xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin anın videosunu təqdim edirik:

“Federasiya olaraq hakim Xose Arnoldo Amayanın başına gələnləri qınayırıq və inanırıq ki, hüquq mühafizə orqanları referinin qətlinə görə məsuliyyət daşıyanları cəzalandıraq”, deyə ölkənin futbol federasiyası bəyanat yayıb.

Bənzər yazılar

Back to top button