Cəmiyyət

Koronavirusla bağlı qaxlı iş adamından xeyirxah addım

Koronavirus pandemiyası əhalinin həyatına birbaşa təsir edib. İş yerləri bağlandığından gəlir yerləri olmayan vətəndaşların sayı da kəskin artıb. Yaranmış bu vəziyyətdən öz mənafeyi üçün istifadə edən insanlar da oldu, xalqın yanında olanlarda. Qarşılaşdığımız bu qədər çətinliklərə baxmıyaraq, xalqımızın daim yanında olan xeyirxah iş adamlarımızda var.

“Qax Mineral Su” MMC-in direktoru Camal Muxtarov da belələrindəndir. Camal Muxtarov xalqımızın daim yanında olduğunu, xalq üçün əlindən gələni əsirgəmədiyini etdiyi əməlləri ilə daha yaxşı görürük. Belə ki, Camal bəy koronavirus pandemiyası səbəbindən çətin vəziyyətdə olan bəzi müəsisələrə və ailələr təmənnasız olaraq yardımlar edir. Həbsxanalara su göndərib, qurbanlar kəsərək veteran, əlil və kimsəsiz ailələrə sovqat, un və maddi yardım göndərib. Camal bəy Ümumilikdə 80-dən çox ailəyə yardım edib və etməkdə davam edir. Camal bəyin bu xeyirxah addımı da Qax camaatı tərəfindən böyük sevinclə və rəğbətlə qarşılanıb.

Bənzər yazılar

Back to top button