Cəmiyyət

“280 vaqondan cəmi 55-də kondisioner işləyir” – Ekspertdən xəbərdarlıq

“Hazırda “Bakı Metropoliteni”nin 280 vaqonu var, onun 55-də kondisioner işləyir”.

AzToday.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə martın 31-dən fəaliyyətini dayandıran “Bakı Metropoliteni”nin işini bərpa etməsini şərh edərkən deyib. Onun sözlərinə görə, yerdə qalan qatarlar köhnə olduğundan kondisionersizdir:

“Xüsusi karantin rejiminin mərhələli yumşalma planına uyğun olaraq “Bakı Metropoliteni”nin fəaliyyətinin bu gündən bərpa edilməsi xəbərini aldım, narahat oldum. Vəziyyət necədir? Qaydalara əməl olunurmu? Bu gün iş günü deyil, yəqin ki, sıxlıq olmaz. Hazırda “Bakı Metropoliteni” QSC-nin 280 vaqonu var və onun cəmi 55-də kondisioner işləyir, qalanları köhnə olduğundan kondisionersizdir. Bu da havalandırma sistemində problemlər yaradır. Odur ki, özünüzü qoruyun”.

Qubad İbadoğlu qeyd edib ki, yaxın zamanlarda metroda gediş haqqı qalxa bilər:
“Bir də nəzərə alın ki, rəsmi açıqlamalara görə, bir sərnişinin daşınma xərci 52 qəpiyə yaxındır. Sərnişinlərin sayı az olduqda bir nəfərin daşınma xərci bahalaşır. Ona görə də yaxın zamanlarda metroda gediş haqqı bahalaşsa, təəccüblənməyin”.

Xatırladaq ki, ölkədə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə martın 31-dən fəaliyyətini dayandıran “Bakı Metropoliteni” işini bərpa edib.

Bənzər yazılar

Back to top button