Cəmiyyət

Abituriyentlər hansı xaricdə təhsil mərkəzini seçməlidir?

Xaricdə təhsil xəyalları quran abituriyentlər təhsil arzularını reallaşdırmaq üçün məhz xaricdə təhsil mərkəzlərinə müraciət etməli olurlar. Bəs Bakıda keyfiyyətli təhsil xidməti və 100 % qəbul zəmanəti təqdim edən hansı xaricdə təhsil şirkətinə müraciət etmək olar? Bunun üçün sizi Bakıda fəaliyyət göstərən keyfiyyətli və etibarlı xaricdə təhsil mərkəzi olan “Marmara Group”ilə tanış edəcəyik.

Abituriyentlərin xaricdə təhsil arzularını həyata keçirmək üçün onlara dəstək olan “Marmara Group” xaricdə təhsil şirkəti 2011-ci ildən fəaliyyət göstərir. Yarandığı ilk dövrdən etibarən tələbə namizədlərin güvən və keyfiyyəti bir ünvanda tapa bilməsini təmin edən “Marmara Group” xaricdə təhsil mərkəzi Türkiyə, Rusiya, Ukrayna və Avropanın bir aparıcı ölkələrinə qəbul həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Təhsil Nazirliyinin təsdiq etdiyi proqramlar çərçivəsində xidmət göstərən “Marmara Group” xaricdə təhsil mərkəzinin etibarlılığı və uğurunun əsas göstəriciləri də əldə etdiyi nailiyyətlərdir. Belə ki, “Marmara Group” xaricdə təhsil şirkəti 2018- ci ildən təhsil sektorunda keyfiyyət və etibarlılığın davamlılığını təmin etmək məqsədi daşıyan UED (Beynəlxalq Təhsil Məsləhətçiləri Birliyi) üzvüdür. 2019-cu ildə “Türkiye ödülleri 2019” Azərbaycan layihəsində “İlin peşəkar xaricdə təhsil mərkəzi” mükafatına layiq görülmüş “Marmara Group” xaricdə təhsil mərkəzi uğurlu fəaliyyətini davam etdirdiyi yolda 2021-ci ilin mayında baş tutan “Caspian Awards 2021” mükafatlandırma mərasimində “İlin Peşəkar Xaricdə Təhsil Şirkəti” mükafatı ilə təltif edilib.

“Marmara Group” xaricdə təhsil şirkətinin rəhbərliyi mərkəzin ikili əməkdaşlıqlarını inkişaf etdirmək, həmçinin tələbə namizədlərə daha geniş imkanlar təqdim edə bilmək üçün bir sıra təhsil layihələri həyata keçirib. Belə ki, xaricdə təhsil şirkəti 2018-ci ildə məktəblilər üçün bilik imtahan keçirib. Bu layihə 2018-ci ilin dekabrın 1-də “Marmara Group” Xaricdə təhsil mərkəzinin təşəbbüsü və Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Lənkəran və Astara rayonu ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə baş tutub. 2021-ci ilin sentyabr 6-da Yozgat Bozok Universiteti ilə birgə TÖMER imtahanları təşkil edərək tələbələrin Türkiyədə təhsil almaq üçün TÖMER üzrə biliklərini sınamağa yardımçı olub. Xaricdə təhsil xidmətlərini geniş auditoriyaya təqdim etmək, həmçinin, təhsil əməkdaşlığı məsələlərini müzakirə etmək üçün “Trucas” Beynəlxalq Təhsil sərgisi kimi bir sıra əhəmiyyətli təhsil sərgilərində iştirak edib.

Tələbələrin və valideyinlərin etimadını hər zaman doğrultmağı bacaran “Marmara Group” xaricdə təhsil şirkətinin heyəti xaricdə təhsil almış peşəkar təhsil mütəxəssislərindən ibarətdir. Peşəkarlığı ilə yanaşı, tələbələrə həm də ailəsinin bir üzvü kimi yanaşan xaricdə təhsil mərkəzinin mütəxəssisləri ixtisas seçimindən başlayaraq onların təhsil alacaqları yataqxana və ya evlərə yerləşdirilməsi prosesinə kimi tələblərə dəstək olurlar.

Yüzlərlə abituriyentin tələbə olmaq arzusunu reallaşdıran “Marmara Group” xaricdə təhsil mərkəzi haqqında daha ətraflı məlumat əldə etmək üçün isə “Marmara Group”un Caspian Plazada yerləşən mərkəzinə yaxınlaşa bilərsiniz.

Bənzər yazılar

Back to top button