İdman

İngiltərə DÇ-yə ev sahibliyi edəcək – Rivaldo, Kaka, Ronaldinyo, Ouen…

Yayda İngiltərədə yaşı 35-dən yuxarı olan futbolçular arasında dünya çempionatı keçiriləcək.

Fanat.az “Daily Mail”-ə istinadən xəbər verir ki, turnirdə 8 komanda iştirak edəcək.

Söhbət İngiltərə, Argentina, Braziliya, Fransa, Almaniya, İtaliya, İspaniya və Uruqvaydan gedir.

Reqlamentə görə, yalnız öz ölkəsinin milli komandasında oynamış və ya yüksək divizionda ən azı 100 oyun keçirmiş 35 yaşdan yuxarı oyunçular bu mundialda mübarizə apara biləcəklər.

Turnirə EPG (Elite Players Group) təşkilatçılıq edəcək. İngiltərə yığmasında kapitan sarğısı Stiv Makmanamana veriləcək. Digər kapitanlar Esteban Kambyasso (Argentina), Emerson (Braziliya), Kristian Karembeu (Fransa), Kevin Kuranyi (Almaniya), Marko Materatsi (İtaliya), Mişel Salqado (İspaniya) və Dieqo Luqano (Uruqvay) olacaq. Onlardan əlavə, gələcək turnirin daha bir neçə iştirakçısı məlumdur: Maykl Ouen (İngiltərə), Fabio Kannavaro (İtaliya), Kaka, Ronaldinyo və Rivaldo (hamısı Braziliyadan).

Matçlar 11 oyunçu ilə oynanılacaq, lakin 90 deyil, 70 dəqiqə davam edəcək. 1/4 final görüşləri iyunun 4-ü və 5-də, hər iki yarımfinal ayın 8-də, final isə iyunun 11-də keçiriləcək.

Bənzər yazılar

Back to top button