Siyasət

Toyvo Klaar Yerevanda Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edir

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Yerevanda Ermənistan baş nazirinin müavini və baş nazirlə görüşüb.

Ermənistan KİV bildirib ki, o, Yerasx-Horadiz (“Zəngəzur dəhlizi”) dəmir yolunun bərpası məsələlərini müzakirə edib.

Paşinyanla görüşdə Brüssel və Kişinyovda üçtərəfli və beştərəfli görüşlərdə əldə olunan razılaşmaların icrası müzakirə olunub.

Paşinyan Laçın dəhlizinin “blokadası” ilə əlaqədar Qarabağda “humanitar böhran” məsələsini, “beynəlxalq mexanizm” çərçivəsində Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi məsələlərini qaldırıb. Paşinyan bu məsələlərin həllinə erməni tərəfinin yanaşmalarını təqdim edib.

Toyvo Klaarın Yerevandan Bakıya gələcəyi gözlənilir.(Turan)

Bənzər yazılar

Back to top button