Cəmiyyət

Bakıda hava tutqun olacaq, rayonlarda yağış yağacaq

Bazar günü Bakıda və Abşeron yarımadasında hava dəyişkən bululdu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, mülayim şimal küləyi əsəcək.

Yarımadada havanın temperaturu gecə müsbət 15+17, gündüz müsbət 20+22 dərəcə olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacaq, bəzi yerlərdə yağıntı intensiv olacaq, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu gecə müsbət 13+17, gündüz müsbət 19+23, dağlarda gecə müsbət 3+6, gündüz müsbət 6+10 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button