Siyasət

Dövlət Departamenti: Blinken Bayramov və Mirzoyanla telefon danışıqları aparacaq

ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycanın xarici işlər nazirlərilə telefon danışıqlarını “yaxın günlərdə” bərpa edəcəyi gözlənilir, – çərşənbə günü Dövlət Departamentinin rəsmisi Qafqaz danışıqları üzrə nümayəndə Filip Rikerin istefasını elan etdikdən sonra bildirib.

Dövlət Departamentinin mətbuat katıbı Ned Prays TURAN-ın “Rikeri kimin əvəzləyəcək” sualına cavabdan yayınaraq qeyd edib ki, “bu mövzu əvvəlkitək bu binanın yüksək vəzifəli məmurlarının diqqət mərkəzində olacaq”.

“Bildiyiniz kimi, dövlət katibi Blinken bu prosesdə şəxsən iştirak edir, o, Ermənistandan və Azərbaycandan olan həmkarlarını bir araya gətirməklə, onlarla müntəzəm söhbət etməklə öz şəxsi töhfəsini nümayiş etdirib. Yaxın günlərdə onunla Ermənistan və Azərbaycandakı həmkarlarının daha bir telefon danışığının olacağını gözləyirəm”, – Prays deyib.

Prays deyib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid də bu səylərdə aparıcı rol oynayır.

Bununla belə, o, Turan-ın sualını cavabsız qoyub: Rikerin gedişindən sonra xüsusi nümayəndə postu qalacaqmı, yoxsa ləğv ediləcək? “Personaldan söz getdiyində əlavə edəcəyim bir şey yoxdur, amma siyasətə gəlincə, qeyd etmək istərdim ki, onun məqsədi sabit, demokratik və çiçəklənən Cənubi Qafqazdır. Bizim yanaşmamız dəyişməyəcək, o, hərtərəfli, uzunmüddətli həllə nail olmaq üçün tərəflərə kömək etməkdən ibarətdir”, – Prays deyib.

“Rikerin istefası dekabrda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün təşkilinin uğursuzluğu ilə əlaqədardırmı” sualına Prays mənfi cavab verib.

Bənzər yazılar

Back to top button