Cəmiyyət

Kəlbəcər və Zəngilandakı qızıl yataqları ilə bağlı yeni qərar

Nazirlər Kabineti “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədindən irəli.gələn bir sıra məsələlər barədə” qərar verib.

Yeniavaz.com xəbər verir ki, Nazirlər Kabineti “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında 20 avqust 1997-ci ildə bağlanmış Sazişdə Dəyişiklik” sənədini imzalamaq səlahiyyətinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 iyun tarixli 3225 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında 2022-ci il 18 iyun tarixində Bakı şəhərində imzalanmış “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinə uyğun olaraq belə qərar verib.Nazirlər Kabineti “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin 3.1-ci bəndində qeyd olunan “Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri” təsdiqləyib. Bununla əlaqədar “Azərbaycan Respublikasının Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 yanvar tarixli qərarı ləğv edilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button