Cəmiyyət

Astarada ilk dəfə yaylaq festivalı keçiriləcək

Astarada yaylaq festivalı keçiriləcək.

Bu barədə AzToday.az-a Astaranın Hamoşam bələdiyyəsinin sədri Rüfət Əliyev məlumat verib.

Onun sözlərinə görə, iyulun 16-da rayonun Hamoşam kəndində “Bİ yaylaq festivalı” baş tutacaq.

“Bi” toponimi talışca “soyuq”, “sərin” mənasını verir.

Festivalın təşkilat komitəsinin yaydığı məlumatda deyilir: “Talış dağlarının qoynunda, dəniz səviyyəsindən 1800 metrdən çox yüksəklikdə yerləşən, əsrarəngiz təbiətə və gözəlliyə malik olan “Bi” yaylasında 16 iyul 2022-ci il tarixində “Bİ” Yaylaq Festivalı keçiriləcək!”

“Bi” yaylağı 60 hektarlıq düzənlik ərazidən ibarətdir: “Buradakı Tunc dövründən qalma kurqanlar, qədim məzarlıq, iki, üç, dörd pilləli yonma baş daşları, “Padşah hovuzu”, “Haftçəşmə” ( Yeddibulaq ) bulaqları əsrlərin yadigarıdır. Yaylağın üstündə dəniz səviyyəsindən 1901 m yüksəklikdə yerləşən möhtəşəm Qala Kafo (Baş qala) yaylağa xüsusi gözəllik verir…”

Bənzər yazılar

Back to top button