İdman

“Zidanla heç vaxt əlaqə saxlamamışıq”

PSJ prezidenti Nasser El-Xelafi klubun “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanla danışıqlar aparmadığını bildirib.

Qol.az goal.com-a istinadən xəbər verir ki, o deyib: “Biz onunla ümumiyyətlə danışmamışıq. Nə birbaşa, nə də üçüncü şəxslər vasitəsilə heç bir əlaqə olmayıb.

Bir çox komandalar, o cümlədən milli komandalar Zidanla maraqlanır, lakin biz onunla heç vaxt əlaqə saxlamamışıq”.

Qeyd edək ki, PSJ-nin hazırkı baş məşqçisi Maurisio Poççetinonu istefaya göndərəcəyi gözlənilir. Yeolni baş məşqçinin Kristof Qaltyenin olacağı gözlənilir.

Bənzər yazılar

Back to top button