GündəmManşetSiyasət

Avropa İttifaqının xüsusi nümayəndəsi Bakı və Yerevanı hərtərəfli sülhə çağırıb

Qarabağda həll olunmamış məsələlər həll edilməlidir ki, hərtərəfli və davamlı sülhə doğru hərəkət etmək mümkün olsun. Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Tvitter-də öz mikrobloqunda yazıb.

Xüsusi nümayəndə qeyd edib ki,”bu gün biz 30 ildən artıq davam edən münaqişə nəticəsində həlak olanları və ciddi zərər çəkən hər kəsi xatırlayırıq”.

“Həll olunmamış məsələlər həll edilməlidir ki, hərtərəfli və davamlı sülhə, Ermənistan və Azərbaycan xalqlarının gələcəyə birgə irəliləyişinə doğru hərəkət etmək mümkün olsun”, – Klaar yazıb.

Bənzər yazılar

Back to top button