Dünya

“Rusiya Azərbaycan və Ermənistanın səylərini dəstəkləyəcək”

“Rusiya Azərbaycan və Ermənistanın Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində səylərini dəstəkləməyə davam edəcək”.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova deyib.

“Biz Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün üç ölkənin (Rusiya, Azərbaycan və Ermənistan) baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupunun fəaliyyətinin aktivləşdirilməsini alqışlayırıq”, – o deyib.

Zaxarova xatırladıb ki, iyunun 3-də bu qrupun növbəti iclası keçirilib:

“Bu toplantıda tərəflər bir sıra məsələlər üzrə mövqelərini yaxınlaşdırıblar, iyunun 16-17-də isə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində bu qrupla bağlı müzakirələr davam etdirilib. Rusiya tərəfi bu prosesə yaxından kömək göstərməyə davam edəcək”.

Bənzər yazılar

Back to top button