Hadisə

Səfər Mehdiyev Prezident Administrasiyasına çağrılıb

Dövlət Gömrük Komitəsinin bir sıra vəzifəli şəxslərinin həbsindən sonra bu qurumun rəhbəri Səfər Mehdiyev bu gün Prezident Administrasiyasına çağrılıb.

Gununsesi.info-nun verdiyi xəbərə görə, Səfər Mehdiyev PA rəhbərliyi tərəfindən qəbul edilib.

Məlumata görə, Səfər Mehdiyevin Administrasiyada qəbulu 2 saatdan artıq çəkib.

Qeyd edək ki, Gömrük Komitəsi büdcə öhdəliklərini yerinə yetirən qurum olsa da ancaq fəaliyyətində ciddi ictimai narazılıqlar çoxluq təşkil edir.

Ötən 2 il ərzində gömrük orqanlarında bir neçə anti-korrupsiya əməliyyatları keçirilib.

Bənzər yazılar

Back to top button