Gündəmİdman

Tokio 2020 təxirə salındı – RƏSMİ

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınıb.

Qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib.

BOK prezidenti Tomas Baxla və Yaponiyanın baş naziri Sindzo Abe məsələni müzakirə edib. Eyni zamanda telekonfransda digər rəsmi nümayəndələrin də fikri dinlənilib.

Telekonfransın ardından Sindzo Abe koronavirus pandemiyasının yayılma ehtimalı davam etdiyi üçün Olimpiadanı 2021-ci ilə qədər təxirə salmaqla bağlı razılığa gəldiklərini bildirib.

O, Ümumdünya Səhiyyə Təşkilatının məsləhətinə əsasən belə qərar qəbul olunduğunu deyib. Tokio-2020-nin adı dəyişdirilməyəcək və yarış gələn ilin yayında baş tutacaq.

Qeyd edək ki, Tokio-2020 24 iyul – 9 avqust aralığında keçirilməli idi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button