Dünya

Əfqanıstandakı zəlzələdə azı 1500 nəfər ölüb

İyunun 22-də Əfqanıstanda baş vermiş 6,1 bal gücündə zəlzələ nəticəsində azı 1500 nəfər ölüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Aljazeera” telekanalı məlumat yayıb. Qeyd olunub ki, ən az 2000 nəfər isə yaralanıb. Çox güman ki, qurbanların sayı artacaq.

Amerikalı seysmoloqların məlumatına görə, zəlzələ təxminən 51 kilometr dərinlikdə, episentri isə Əfqanıstanın cənub-şərqindəki Xost şəhərindən təxminən 44 kilometr aralıda olub.

Zəlzələ cəmi bir neçə dəqiqə davam etsə də, onun vurduğu ziyan böyükdür. Bir neçə kənd tamamilə dağıdılıb, dağıntılar altında hələ də insanlar qalır. Təbii fəlakət bir neçə əyalətə təsir edib. Zərərlərin çoxu Paktika, Nangarhar və Xostdadır.

Qeyd edək ki, yeraltı təkanlar gecə gec saatlarda, yerli vaxtla təxminən 01:30-da insanların əksəriyyətinin yuxuda olduğu vaxtda başlayıb. Yeraltı təkanlar o qədər güclü olub ki, episentrdən 500 kilometr aralıda hiss olunub.

Xilasetmə əməliyyatı davam etdirilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button