Bizim seçimGündəmSiyasət

Elza Seyidcahan saxtakarlara səsləndi: “MƏ Zahir, Mə Daxil! Fokus-Mokus!” (ŞEİR)

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürən Əməkdar artist Elza Seyidcahan seçkilərlə bağlı şeir yazıb.

AzToday.az Pravda.az-a istinadən həmin şeiri təqdim edir:

Aşkım, gedəlim buralardan, gedək İstanbula
Ekrem İmamoğluna şikayət edəlim buralardan
Getmişkən İstanbula balık-ekmek yeyəlim,
Dönər, ayran içəlim, kestane partladalım.

MƏ Zahir, Mə Daxil! Fokus-Mokus!
Səslər göylərdə uçur, quşlar uçan kimi
Kimə lazım bu Məclis, kimə lazım bu artistlik?
Ax saxtakarlar, seçib qurtardınız?

Səsimi oğurladınız, benzinimi əmdiniz.
Nəfəsimi aldınız, indi vakkum, zəkkum!
Adını qoyublar Milli Məclis, siz yalançılar,
Ax saxtakarlar, seçib qurtardınız?

Durnalar salam deyir Məzahirə, Əfruza, Mahirə
Qocası satqın, cavanı satqın, müəllimi yatqın
Hamısı çapkın, yapkın, bupkın, dupkın,
Nə? Kim? Harada? Çto, Qde, Koqda?

Aman aman, bu nə erotika, bu nə kosmetika?
Ax saxtakarlar, seçib qurtardınız?

Qeyd edək ki, həmin dairədən lider namizəd Sadiq Qurbanovdur.

Bənzər yazılar

Back to top button