Dünya

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılır

Ermənistanda avqustun 1-dən oktyabrın 30-dək ehtiyatda olan hərbçilərin iştirakı ilə yeni hərbi təlimlər keçiriləcək.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin təklif etdiyi müvafiq qərar hökumətin iclasında qəbul edilib.

Təlim-məşq toplanışında 1249 nəfər siravi əsgər və gizir, 65 nəfər baş gizir, 130 nəfər zabit olmaqla 1444 vətəndaş iştirak edəcək.
Təlim düşərgəsinə motoatıcı, mühəndis, raket və artilleriya qoşunları, kəşfiyyat və rabitə qoşunlarından ehtiyatda olan hərbçilər cəlb olunacaq. Nəqliyyat dəstəyi üçün 134-ə qədər avtomobildən istifadə ediləcək.

Təlim-məşq toplanışları döyüş hazırlığının artırılması, səfərbərlik resursundan səmərəli istifadə, döyüş növbətçiliyinin gücləndirilməsi məqsədi ilə keçirilir. Lazım gələrsə, ehtiyatda olan hərbçilər döyüş növbətçiliyinə cəlb olunacaqlar.

Bənzər yazılar

Back to top button