Dünya

Zelenski NATO-nu özünü müdafiə edə bilməməkdə ittiham edib

Ukrayna prezidenti Vladimir Zelenski martın 4-də Brüsseldə keçirilən NATO üzvü olan ölkələrin Xarici İşlər nazirlikləri rəhbərlərinin ekstren müşavirəsinin nəticələrindən məyus olduğunu bildirib.

“Bu gün NATO sammiti keçirildi. Zəif, çaşqın sammit idi. Görünən odur ki, heç də hamı Avropa uğrunda azadlıq mübarizəsini bir nömrəli məqsəd hesab etmir.

Yeni zərbələr və qurbanların qaçılmaz olduğunu bilən NATO Ukrayna səmasını bağlamamağa qərar verdi”, – cümə axşamı Zelenski öz videomüraciətində deyib.

NATO qorxur ki, Ukrayna səmasının bağlanması NATO və Rusiya arasında müharibəyə sövq edər.

“Bu gündən öləcək bütün adamlar həm də sizin üzünüzdən həlak olacaq. Sizin zəifliyiniz səbəbindən. Mən bilmirəm siz kimləri müdafiə edə bilərsiniz, hətta öz alyansınızın ölkələrini müdafiə etməyə qadirsinizmi”, – Ukrayna prezidenti deyib.

Öz növbəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyansın bütün üzvləri Ukraynaya qoşun göndərməmək qərarına gəliblər. “Hamı razılaşır ki, orada NATO təyyarələri, NATO quru qüvvələri olmamalıdır”, – o, Brüsseldə keçirilən mətbuat konfransında deyib. (Turan)

Bənzər yazılar

Back to top button