İqtisadiyyat

Universitetlə Nazirliyin şirkəti arasında mülk davası

Azərbaycan Universiteti “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-ni məhkəməyə verib.

32gun.az-ın əldə etdiyi məlumata görə, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır. İşin mahiyyəti daşınmaz əmlak üzrə mübahisələrdən ibarətdir.

Təfərrüatlar barədə açıq mənbələrdə bilgi yoxdur. Azərbaycan Universiteti 1991-ci ildə təsis edilib. Azərbaycan ilk özəl ali təhsil ocağıdır.

Universitetin rektoru Səadət Əliyevadır.

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərir.

Bənzər yazılar

Back to top button