Hadisə

Taleh Qaraşov üçün sakinlərin talehi maraqlıdırmı?

Lənkəran şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri şikayətçidirlər.

H.Z.Tağıyev küçəsində yaşayan Samiq Kazımlı Belediyye.netə yazaraq həyətindəki yarımstansiyanın qəzalı vəziyyətdə olduğunu deyir.

Sakin: “Yağış yağanda stansiyanın içinə su dolduğundan uşaqları çölə buraxmağa qorxuruq ki, birdən içəri girərlər nəsə olar. Dəfələrlə usta pulunu da verə bilərik, gəlib söküb yerinə yeni budka qoysun dedik eşitmədilər”, deyir.

“Yağış yağanda stansiyanın içinə su damır, buna görə də məhəllədə elektirik verilməsində kəsintilər yaranır”, sakin bildirir.

Bu məhəllədə yaşyan sakinlərin ümumi vəziyyəti yaxşı deyil. Məhəllədə kanalizasiya, zibil problemi var. Kanalizasiya suları açıq kanalla küçəyə axıdılır. Küçədə zibil konteyneri yoxdur deyə sakinlər tullantılarını hara gəldi atırlar. Vaxtlı-vaxtında daşınmayan məişət tullantıları və üstüaçıq arxlara axıdılan çirkab suları antisanitar vəziyyətin yaranmasına səbəb olub.

Sakinlər ara yolların da bərbad vəziyyətdə olmasından şikayət edirlər. Təmirsiz yollar yağış yağanda keçilməz olur.

“Problemlərimiz çoxdur, lakin maraqlanan yoxdur”, deyən sakinlər aidiyyatı qurumların onların problemlərinə laqeyd münasibətindən narazıdırlar. (Belediyye.net)

Bənzər yazılar

Back to top button