Cəmiyyət

Tovuz döyüşlərində beş qəlpə yarası alan qazimiz 350 manata fəhlə işləyir

Tovuz döyüşlərindən 3 il keçir. Təəssüf ki, bu döyüşlərdə yaralanmış qazilərə hələ də lazımi diqqət göstərilmir.

Belə qazilərimizdən biri də Masallı rayonunun Sığıncaq kəndinin sakini Quliyev Nurlan Ruslan oğludur. 2020-ci ilin Tovuz rayonunun Ağdam kəndində gedən döyüşlərdə 5 qəlpə yarası alıb. 3 il müddət keçməsinə baxmayaraq Nurlan Quliyev nə veteran, nə də qazi statusu ala bilib.

Ailənin tək övladı olan Nurlan Quliyev işsizdir. İş üçün müraciət etdiyi dövlət qurumu qalmayıb. Amma müxtəlif bəhanələrlə Nurlan Quliyev işlə təmin olunmayıb. 2 aydır ki, Nurlan Quliyev məcburən “OBA” marketdə fəhlə kimi işə düzəlib. 350 manat maaş alır. Yolun uzaq olması səbəbindən maaşının böyük hissəsi yolxərcinə sərf olunur.

Atası Ruslan Quliyev də fəhlə kimi çalışır.

Nurlan Quliyev dövlət başçısından və aidiyyati qurumlardan xahiş edir ki, dövlətin məsləhət bildiyi bir yerdə işlə təmin olunsun.

 

Bənzər yazılar

Back to top button