İqtisadiyyat

“Camaat aylıq 250 manatla dolanır, Fəzail Ağamalı 7 min maaşla insanları ələ salır” – VIDEO

Salyan sakini millət vəkili Fəzail Ağamalıya gilas gətirib.

Yeniavaz.com xəbər verir ki, həmin şəxs gətirdiyi gilasları parlament binasının qarşısına aparıb deputata çatdırmaları üçün polisə təhvil verib.

“Camaat 250 manat maaşla ailə saxlayır, Fəzail Ağamalı isə 6-7 min manat maaşla, bu qədər obyektləri ilə gilas ala bilmədiyini deyir, insanları ələ salır”, – deyə o qeyd edib.

Xatırladaq ki, millət vəkili Fəzail Ağamalı çıxışı zamanı Bakıda meyvə qiymətlərinin çox yuxarı olduğunu bildirərək “Yüksək əməkhaqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm”, – demişdi

Bənzər yazılar

Back to top button