Dünya

Ərdoğan yanğınların söndürülməsində Azərbaycanın köməyindən danışdı

“Yanğınların söndürülməsinə Azərbaycandan da təklif gəlib. Bir təyyarə göndərilib. Həmin təyyarə indi meşə yanğınlarının söndürülməsində istifadə olunur”.

Yeniavaz.com Türkiyə mediasına istinadla xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada meşə yanğınlarının söndürülməsi barədə danışarkən deyib.

Türkiyə Prezidenti bildirib ki, 15-i təyyarə, 46-sı helikopter olmaqla ümumilikdə 61 hava maşını yanğınların söndürülməsində iştirak edir.

Bənzər yazılar

Back to top button